Rus gəmiləri Çin limanına girdibackend

Rus gəmiləri Çin limanına girdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Sakit Okean Donanmasının sualtı qayıqlar əleyhinə gəmiləri – “Admiral Panteleev” və “Admiral Tributs”un ekipajları Çin Xalq Respublikasının “Qinqdao” limanına daxil olublar.

Editor.az bildirir ki, bu barədə Sakit Okean Donanmasının mətbuat xidməti xəbər verir. Limanda rus və çinli dənizçilər basketbol və kəndir çəkmə idman növləri üzrə idman yarışları keçirib, həmçinin gəmilərin silahları ilə tanış olublar. Limandan çıxandan sonra gəmilər Vladivostoka doğru yola düşüb.
Gəmilərin dəstəsi oktyabrın 17-də Asiya-Sakit okean regionunda patrul apardıqdan sonra Qinqdaoya daxil olub. Patrulun bir hissəsi olaraq gəmilər 6 mindən çox dəniz mili qət edib və dənizdə sualtı müdafiə və xilasetmə işlərinin təşkili də daxil olmaqla təlim keçib.

//Samir Qurbanov, Editor.az