Rus kişilərinin 62 %-i Ukraynaya qarşı savaşmağa hazır deyilbackend

Rus kişilərinin 62 %-i Ukraynaya qarşı savaşmağa hazır deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kommersant”ın “ Russian Field” sosioloji xidmətinin sorğusuna əsasən, rusiyalıların 65%-i Vladimir Putinin Ukraynada hərbi əməliyyatı dayandırmaq və sülh sazişi imzalamaq qərarını dəstəkləyəcək.

Respondentlərin 60%-i isə prezidentin “Kiyevə yeni hücum” etmək niyyətinə “hə” deyəcək. Rusların 59%-nin fikrincə, Ukraynada hərbi əməliyyatlar kifayət qədər uzanmışdır. Sorğuda iştirak edənlərin 28%-i isə əks fikirdədir. Respondentlərin 30%-I hesab edir ki, döyüş əməliyyatları bir ildən çox davam edəcək, 18% isə, müharibənin bir il ərzində bitəcəyini gözləyir. Ən maraqlısı isə odur ki, sorğuda iştirak edən kişilərin demək olar ki, üçdə ikisi (62%) Ukraynada hərbi əməliyyatlarda şəxsən iştirak etməyə hazır olmadıqlarını bildiriblər.

  Editor.az