Rus komandir yaralı əsgərini güllələyibbackend

Rus komandir yaralı əsgərini güllələyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rus ordusunuj komandanlığı Ukraynaya göndərilən əsgərlərini qorumur. Editor.az “gordonua.com”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova əsir düşmüş rus əsgəri ilə görüşdən sonra məlumat verib. O qeyd edib ki,  əsgərlərdən biri öz komandirlərinin onlara münasibəti ilə bağlı dəhşətli sözlər deyib: “Deyir ki, pusquya düşəndə nəsə partladı və hamı qaçdı. Yalnız bir tank bölməsi bir yerə toplaşdı.

Onların komandiri polkovnik-leytenant bir əsgərin ayağından yaralandığını görüb, “yaralı atları güllələyirlər” sözlərini deyərək onu güllələyib. Sonra bu əsgər başa düşüb ki, qaçmaq lazımdır. Axşam düşəndə isə sadəcə qaçıb. Bu hadisə fevralın 25-də baş verib, martın 1-də isə o, hansısa şəhərə daxil olub və burada Ukrayna bayrağını gördükdən sonra yerli sakinlərə təslim olub”, – Denisova bildirib.

Editor.az