Rus komandirlər geri çəkilmək istəyən və ya əmrləri yerinə yetirməkdən imtina edən əsgərləri güllələyirlər – Con Kirbibackend

Rus komandirlər geri çəkilmək istəyən və ya əmrləri yerinə yetirməkdən imtina edən əsgərləri güllələyirlər – Con Kirbi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rus komandirlərinin hücuma keçmək, geri çəkilmək və ya əmrləri yerinə yetirməkdən imtina etmək istəyən əsgərlərin edam edilməsinə dair sübutlar var.

Editor.az bildirir ki, bunu Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə deyib. “Rusiya Avdievkada və döyüş meydanının başqa yerlərində taktiki uğur qazanmaq üçün öz əsgərlərinin həyatına məhəl qoymamağa davam edir.

Biz inanırıq ki, onlar bu hücumu həyata keçirməyə cəhd edərkən minlərlə itki veriblər və onlardan bəziləri liderlərinin əmri əsasında baş verir. Bizdə məlumat var ki, rus hərbçiləri əmri yerinə yetirməkdən boyun qaçıran əsgərləri həqiqətən edam edirlər.

Rusiya komandirlərinin Ukrayna artilleriya atəşi altında geri çəkilməyə cəhd edən əsgərləri, hətta bütöv birlikləri gülləbaran etməklə hədələdiyi barədə də məlumatımız var”, – Kibri vurğulayıb.

//Samir Qurbanov, Editor.az