Rus musiqisini dinləməyə görə cərimə tətbiq olunacaq: Qanun layihəsi hazırdırbackend

Rus musiqisini dinləməyə görə cərimə tətbiq olunacaq: Qanun layihəsi hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İctimai yerlərdə rus dilində musiqidən istifadəyə görə cərimələrin tətbiqini nəzərdə tutan qanun layihəsi Ukrayna Ali Radasına təqdim edilib. Sənəd parlamentin saytında dərc olunub.

Editor.az xəbər verir ki, sənədə əsasən musiqili fonoqramların, videoqramların, kliplərin, onların elementlərinin və digər əsərlərin ictimai istifadəsinə görə cərimə tətbiq ediləcək.

Onun ölçüsü vətəndaşların vergi tutulmayan minimum gəlirlərinin 300-dən 500-ə qədər, təkrar qayda pozuntusuna yol verildikdə isə 1 mindən 1,5 minə qədər təşkil edəcək. Xatırladaq ki, 2022-ci il iyunun 19-da Ali Rada “milli musiqi məhsulunun dəstəklənməsi və təcavüzkar dövlətin musiqi məhsulunun ictimai istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsini qəbul edib.

Sənədə əsasən, Ukrayna mediasında və ictimai yerlərdə rusiyalı sənətçilərin musiqisindən istifadə etmək qadağan olunub.