Avropa Polis Agentliyi (Avropol) sanksiyalara məruz qalan rus oliqarxlara məxsus aktivlərin müəyyən edilməsi üçün əməliyyatlara başladığını elan edib.
Bu barədə Editor.az “Evropeyskaya Pravda”ya istinadən məlumat verir. Əməliyyat “Oscar” adlanacaq. O, Aİ ölkələri, Eurojust, Avropa Sərhəd Polisi Agentliyi və Sahil Mühafizəsi Frontex ilə əməkdaşlıq şəraitində həyata keçiriləcək. Bu “böyük əməliyyat” ən azı bir il davam edəcək və bir sıra müstəqil araşdırmaları əhatə edəcək.
Əməliyyat həmçinin Aİ-nin ticarət və iqtisadi sanksiyalarından yayınmaq üçün üzv dövlətlərin cinayət araşdırmalarına dəstək məqsədi daşıyacaq. Xatırladaq ki, 2022-ci ilin əvvəlində, hətta Rusiya işğalı başlamazdan əvvəl Europol hökumətin saytlarına kiberhücumların araşdırılmasında Ukraynaya yardım etdiyini açıqlamışdı. İndi də Europol rus əsgərlərinin törətdiyi hərbi cinayətləri sənədləşdirmək üçün Ukraynanı öz mütəxəssisləri ilə təmin etməyə hazırdır.
Editor.az

