“Rus olmaqdan utanmıram, pasportumu da yandırmayacağam, amma…”backend

“Rus olmaqdan utanmıram, pasportumu da yandırmayacağam, amma…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan burada qohumları olan bəzi ruslar əsl həqiqətdə nə baş verdiyini anlayıblar.

Onların bir çoxu hətta rus olmaqdan utandıqlarını və buna görə də pasportlarını yandırmaq qərarına gəldiklərini bildiriblər. Rusiyalı aktrisa və aparıcı Tatyana Lazareva həmyerlilərinin bu davranışına münasibət bildirib.

Onun sözlərinə görə, Ukraynada baş verənlərdən həqiqətən utanır, amma bu o demək deyil ki, pasportunu yandırmalıdır. Bu barədə Editor.az Ukrayna mənbələrinə istinadən xəbər verir. Lazarevanın sözlərinə görə, “Pasportumu yandırmaq fikrindən uzağam. Rus olduğum üçün də utanmıram.

Lakin baş verənlərdən utanıram. Əminəm ki, ölkəmiz daha yaxşı liderə, daha yaxşı həyata layiqdir və ümumilikdə doğulub böyüdüyüm gözəl ölkədir.

Təbii ki, mən öz ölkəmi sevirəm. Məsələn, övladınız axmaq bir şey edəndə utanırsınız. Amma digər tərəfdən də belə olur”, – Lazareva bildirib. Qeyd edək ki, Lazareva Rusiya Federasiyasının hücum əməliyyatlarına başladığı gündən Ukraynaya dəstəyini ifadə edib və qeyd edib ki, Rusiyada populyar insanların repressiyalar səbəbindən antiukrayna təbliğatına müqavimət göstərməsi kifayət qədər çətindir. Bundan əvvəl də Lazareva işğalçıların Ukraynadakı vəhşiliklərinə reaksiya vermişdi.

  Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!