Rusiya ordusu Çerniqov şəhərində çörək növbəsində gözləyən dinc sakinləri hədəfə alıb.
Editor.az bu barədə Ukrayna mətbuatına istinadən məlumat verir. Bildirilir ki, rusların atəşi nəticəsində 13 nəfər həyatını itirib.
Xarkov və Çerniqovdakı fəsadlar peyk görüntüləri ilə də qeydə alınıb. İki şəhərin kosmosdan çəkilmiş görüntüləri dünya gündəmini zəbt edib.
Qeyd edək ki, məlumata görə rus ordusu ötən gün Mariupolda teatr binasında da gizlənən dinc sakinləri atəşə tutub.
//Nəzərbəy Hacıağayev, Editor.az

