Rus ordusu Dnepropetrovsk vilayətini “Qasırğalar”dan atəşə tutublar, ölən və yaralananlar var.
Bu barədə bu gün Dnepropetrovsk Vilayət Şurasının sədri Nikolay Lukaşuk məlumat verib. Bildirilib ki, hücum nəticəsində 3 nəfər yaralanıb, bir nəfər isə həyatını itirib.
Onun sözlərinə görə, zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
“Həmçinin gecə saatlarında işğalçılar yenidən Velika Kostromaya zərbələr endiriblər. Onlar yaşayış binasını hədəfə alıblar, nəticədə yanğın baş verib. Elektrik və qaz xətlərinə də ziyan dəyib. Xəsarət alan yoxdur”, -Lukaşuk deyib.

//Gülnarə Abasova, Editor.az

