Rusiya hərbçiləri Kursk vilayətinin Borki kəndini Ukrayna Silahlı Qüvvələrindən təmizləyib.
Editor.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Əhməd” xüsusi təyinatlılarının komandanı Aptı Alaudinov deyib.
“Arbat” bölüyü və 810-cu briqadadan olan qardaşlarımız Borki kəndini təmizləyərək düşməni darmadağın edərək əsir götürüblər. Qardaşlarımızı belə gözəl nəticəyə görə təbrik edir, onlara bundan sonra da uğurlar arzulayıram”, – o bildirib.