Rus ordusu niyə uğur qazana bilmədi? – Müdafiə naziri səbəbi göstərdibackend

Rus ordusu niyə uğur qazana bilmədi? – Müdafiə naziri səbəbi göstərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynaya qarşı irimiqyaslı işğalını davam etdirən Rusiya Silahlı Qüvvələrinin bölmələri buna tam hazır deyildi. Xüsusilə, Putinin qoşunları müharibə qaydalarına uyğun olaraq zərbə qrupları yaratmadan fevralın 24-də Ukraynaya hücum edib”.

Bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

Onun sözlərinə görə, işğalçı qüvvələrin ilkin taktikaları Rusiyanın genişmiqyaslı hərbi əməliyyatların başlamasına hazır olmadığını göstərir.

“Tam hazır olmadan hücuma keçdilər. Buna görə də onların maddi-texniki zəncirlərini belə asanlıqla kəsdik. Eyni şey Belarusda da oldu. Hərbi baxımından onların hazır olmadığını gördük. Son zərbə qrupunu yaratmaq üçün onlara daha çox vaxt lazım idi. Ruslar həqiqətən də bu zərbə qruplarını yaratmadan hücuma keçdilər”, – Reznikov qeyd edib.

Nazir bildirib ki, Rusiya qüvvələrinin ardıcıl səhvləri sayəsində Ukrayna Silahlı Qüvvələri Kiyev, Çerniqov və Sumı vilayətlərini azad edə bilib.

Reznikov rus hərbçilərinin döyüş qaydaları və komandirlərinin təlimatlarını pozduqlarını da iddia edib və bundan heyrətə gəldiyini söyləyib.

Onun fikrincə, ruslar sürətli qələbə qazanacaqlarına o qədər əmin olublar ki, lazımi hazırlıq görmədən hücuma keçiblər: “Buna görə də Ukraynanın müdafiəçiləri Rusiya Silahlı Qüvvələrinin logistik marşrutlarını çox asanlıqla sıradan çıxardı”.

Teleqraf.com