Rusiya ordusu yenidən Xarkova hücum edib. Sakinlər şəhərdə partlayışlar olması və yanğınlar barədə məlumat verib.
Bunu Xarkovun hərbi administrasiyasınən rəhbəri Oleq Sinequbov “Telegram” kanalında yazıb.
“İşğalçılar Xarkovun yaşayış məntəqələrini yenidən atəşə tutur və dinc əhaliyə qarşı terror törədirlər! İlkin məlumatlara görə, sənaye məhəlləsində atışma qeydə alınıb – 7 mülki qurban var. Məlumatlar yenilənir”, – o yazıb.
Sinequbov Xarkov sakinlərinə müraciət edərək mümkün qədər diqqətli olmalarını istəyib.
Xarkov vilayət şurası sədrinin müşaviri Nataliya Popova yazır ki, Xarkova bugünkü hücum zamanı ölənlər arasında uşaq da var.
Günorta saatlarından şəhər atəş altındadır və şəhərin şərqindəki sənaye zonasında yanğın baş verib. Partlayışlardan sonra bəzi ərazilərdə işıq, su, rabitə ilə bağlı fasilələr yaranıb.
Bundan əvvəl xəbər verilmişdi ki, iyunun 20-də Xarkova atılan Rusiya ballistik raketlərindən biri Xarkov metrosunun obyektinə düşüb.
Teleqraf.com

