Rus ordusu yeni genişmiqyaslı əməliyyata hazırlaşır – Reznikovabackend

Rus ordusu yeni genişmiqyaslı əməliyyata hazırlaşır- Reznikova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna fevralın 24-də ölkəmizi işğal edən Rusiya Federasiyasının təcavüzü ilə 128 saatdır ki, mübarizə aparır”.

Editor.az UNIAN- istinadən xəbər verir ki, bu sözləri müdafiə naziri Oleksiy Reznikov deyib.

O, ukraynalılara saxtakarlıqlar barədə xəbərdarlıq edib və rus ordusunun yaxın vaxtlarda genişmiqyaslı informasiya-psixoloji əməliyyat keçirməyə hazırlaşdığını bildirib:

“Onların məqsədi yalanların köməyi ilə Ukrayna xalqının və Ukrayna ordusunun müqavimətini qırmaqdır. Birincisi, onlar kommunikasiyanı pozmağı planlaşdırırlar. Bundan sonra Ukrayna hərbi-siyasi rəhbərliyi tərəfindən kütləvi şəkildə yayılmış saxta mesajları yayacaqlar.  “Təsdiq etmək” üçün  saxta  imzalı “sənədlər”, eləcə də montaj edilmiş saxta videolar yayılacaq. Təslim olmayacağıq! Yalnız qələbə! Bacardığınız hər kəsi xəbərdar edin. Kiyevi 2-3 günə alacağını gözləyənlərin çoxu artıq cəhənnəmdədir. Biz silahlarımızı möhkəm tuturuq! Müqavimətimizi davam etdiririk! ”

//Gülnarə Abasova, Editor.az