Rus ordusu yenidən hücuma keçəcəkmi?- “Bu, həftələrlə davam edə bilər”backend

Rus ordusu yenidən hücuma keçəcəkmi?- “Bu, həftələrlə davam edə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rus qoşunlarının Kiyev ətrafından çəkildiyi bir vaxtda NATO Ukraynaya göndəriləcək yeni silah yardımını elan edir. Müharibədə dönüş nöqtəsi sayıla biləcək bütün bu hadisələr fonunda ölkədə rus ordusunun vəziyyəti növbəti dəfə müzakirə mövzusu oldu.

Editor.az xəbər verir ki, NATO-nun verdiyi açıqlamalara görə, Rusiyanın ordusunun mövqeyini dəyişməsi və Donbass bölgəsinə doğru irəliləməsi gözləniləndən xeyli uzun çəkəcək. Bir müddətdir ki, silah- sursatlarının tükəndiyini, möhkəmlənmə prosesinin getdikcə çətinləşdiyini dilə gətirən rus qoşunları yeni hədəflərinə doğru irəliləməkdə çətinlik çəkəcək və bu istiqamətdə hərəkətə başlamaq həftələr çəkəcək.

Yens Stoltenberq müttəfiq ölkələri Ukraynaya daha çox tank əleyhinə döyüş sursatları, hava hücumundan müdafiə sistemləri, humanitar yardım və maliyyə dəstəyi verməyə çağırıb.

NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə iki gündür davam edən iclasında cümə axşamı Ukraynanın xarici işlər naziri Dimitro Kulebanın çıxışı gözlənilir. NATO-nun baş katibi Yens Stoltenberq də bu görüşlər zamanı Rusiyanın taktikasını dəyişmək məcburiyyətində qaldığını və qoşunlarını cənub və şərq bölgələrinə yerləşdirəcəyini açıqlamamışdı. Stoltenberq Rusiyanın Ukraynadakı məqsədlərindən əl çəkdiyini və böyük şəhərlərdən çəkilmək məcburiyyətində qaldığını da açıqlamışdı Bununla belə, Stoltenberq vurğulayıb ki, bu geri çəkilmə hədəflərin yenidən təyin olunmasına və başqa yerlərdə hücumların başlamasına səbəb olub.

Maraqlıdır, bəs Rusiya ordusunun buna gücü qalıbmı? Ekspertlərin fikrincə, bunun baş verməsi üçün qarşımızda ən azı bir neçə həftə var.

ABŞ-ın təqaüddə olan general-leytenantı Mark Hertlinq Twitter hesabında Rusiyanın hücumu davam etdirməyə hazır olmadığını bildirib:

“Rusiya əsgərləri aylardır Belarusda saxlanılır və 6 həftədən artıqdır ki, şiddətli qarşıdurmadadırlar. Fiziki, əqli və psixoloji cəhətdən tükənmiş vəziyyətdirlər. Bu, onları hərbi cinayətlər törətməyə vadar edir. Fikrimi soruşsanız, artıq bu qoşunlarla iş bitib”.

Hertlinq Rusiyanın indiki vəziyyətdə yeni hücumlara keçməsinin asan olmadığını xüsusi vurğulayıb.

//Gülnarə Abasova, Editor.az