Rus ordusuna ağır zərbə dəyib, illər keçsə də… – Britaniya kəşfiyyatıbackend

Rus ordusuna ağır zərbə dəyib, illər keçsə də… – Britaniya kəşfiyyatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukraynada quru qoşunlarının təxminən 65%-ni istifadə edib. Gücün dörddə biri yəqin ki, sıradan çıxıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyatı “Twitter” səhifəsində məlumat yayıb.

Kəşfiyyat məlumatlarına görə, münaqişənin əvvəlində Rusiya 120-dən çox batalyon taktiki qruplarını işə salıb ki, bu da onun ümumi quru döyüş gücünün təxminən 65%-ni təşkil edir.

“Ehtimal ki, bu bölmələrin dörddə birindən çoxu hazırda sıradan çıxıb. Rusiyanın ən elit bölmələrindən bəziləri, o cümlədən Hava-Desant Qüvvələri tükənməyə məruz qalıb”, – məlumatda deyilir.

Böyük Britaniyanın Müdafiə Nazirliyi hesab edir ki, Rusiyaya bu qüvvələri yenidən yaratmaq üçün yəqin ki, illər lazım olacaq.