“Rus ordusuna heç cür etibar edə bilmərik”- Ukrayna əhalisibackend

“Rus ordusuna heç cür etibar edə bilmərik”- Ukrayna əhalisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarkov vilayətinin İzyum şəhərində rus hərbi qüvvələri evakuasiyaya mane olub.

Editor.az xəbər verir ki, bu barədə İzyum şəhərinin merinin müavini Volodimir Motsokin öz Facebook səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

“Bu gün İzyumdan 250 nəfəri təxliyə etdik. Rus silahlıları mümkün olan ən şiddətli şəkildə bizi bombardmana tutdular. İnsanlar atəş altında sığınacaqlardan çıxarılırdı, avtobuslar isə şəhər kənarında toplanmışdı.“Terrormüdafiə” döyüşçüləri əsl qəhrəman kimi vuruşurdular. Əslində evakuasiya üçün “yaşıl dəhliz” deyə bir şey yox idi. Rusiya bütün dünyanı həyasızcasına aldatdı. İnsanlar öz yaşadıqları yerdə girov kimi saxlanılırlar, onların dediyinə görə rus ordusuna etibar edə bilmirlər. Təxliyə edilənlər isə artıq Slovyanskdadır”.

//Sərxan Həsənov, Editor.az