Rus polisləri Türkiyəyə gedəcək – Qərar verildibackend

Rus polisləri Türkiyəyə gedəcək – Qərar verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Daxili İşlər Nazirliyi əməkdaşlarının məzuniyyət zamanı dincələ biləcəyi ölkələr sırasına Türkiyə də daxil edilib.

bu barədə Rusiyanın “Kommersant” qəzeti məlumat yayıb.

Müvafiq qərarı nazir Vladimir Kolokotsev imzalayıb.

Bundan başqa, istirahət üçün gedilə bilən ölkələr sırasına Tailand da salınıb.

Qeyd edəki ki, 2014-cü ildə Rusiya DİN və onun strukturlarında çalışanların ölkə xaricində istirahəti qadağan olunmuşdu.

Sonralar qadağa qaldırılmış, hüquq mühafizə orqanları əməkdaşlarının MDB məkanına, bundan savayı Çin, Vyetnam və Kuba kimi ölkələrə gedişinə icazə verilən qərar qəbul edilmişdi.

//Teleqraf.com