Rus politoloq: Bu gün Soçidə nələr baş verəcək?backend

Rus politoloq: Bu gün Soçidə nələr baş verəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Qafqaz regionunda vəziyyət partlayıcı kimidir və Kreml kompromis sülh təklif etməyə çalışır.

Bunu rusiyalı politoloq Andrey Areşev deyib.

“Qarabağ məsələsi mürəkkəb məsələdir və xarici müdaxilə ilə daha da mürəkkəbləşir. Bu gün Soçidə keçiriləcək üçtərəfli görüşdə nələrin baş verəcəyini əvvəlcədən söyləmək mümkün deyil”, – o bildirib.

Qeyd edək ki, bu gün Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcək. Görüşdə üçtərəfli bəyanat, nəqliyyat-iqtisadi əlaqələr və kommunikasiyaların blokdan çıxarılması məsələsi müzakirə olunacaq.

Axar.az