Rus polkovnik bənd-bənd sadaladı: “Ermənilər buna razı olmalıdır”backend

Rus polkovnik bənd-bənd sadaladı: “Ermənilər buna razı olmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Laçın yolu ətrafında ortaya çıxan məsələlər Azərbaycan qanunları əsasında həll edilməlidir”.

Editor.az  teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiya ordusunun ehtiyatda olan polkovniki, hərbi ekspert İqor Korotçenko deyib.

Ekspert ərazilərimizdəki separatçıların Azərbaycan qanunlarına tabe olmalı olduqlarını bildirib:

“Laçın dəhlizində mövcud vəziyyətin həlli çox sadədir:

Qondarma DQR ərazisində fəaliyyət göstərən bütün mədənlər Azərbaycan şirkətlərinin nəzarətinə verilir;

Mədənlərdə çalışan erməni işçilər Azərbaycan qanunvericiliyinə əsasən işə götürənlərlə əmək müqaviləsi bağlayırlar. Onların əmək haqqı Qarabağda yeganə qanuni ödəniş vasitəsinə çevriləcək manatla verilir;

Qarabağda fəaliyyət göstərən mədən şirkətlərindən alınan bütün vergilər, o cümlədən Azərbaycanın Vergi Məcəlləsi ilə müəyyən edilmiş erməni işçilərdən alınan vergilər və ayırmalar Azərbaycanın büdcəsinə köçürülür;

Separatçıların mövcud olduqları ərazilərdə təbii sərvətlərin işlənməsi və çıxarılması sahələri Azərbaycan Daxili İşlər Nazirliyinin qüvvələri tərəfindən mühafizə altına alınmaqla Azərbaycanın mədənçıxarma müəssisələrinin fəaliyyəti üçün zəruri təhlükəsizlik rejimi təmin edilir.

Xarici audit və hüquq şirkətlərinin cəlb edilməsi ilə Ermənistan büdcəsindən müvafiq kompensasiya ödənilməklə Azərbaycana dəymiş ekoloji və iqtisadi zərərin məbləği müəyyən edilir”.