“Rus qoşunları çox yaxınlaşıblar” – Həlledici döyüş başladıbackend

“Rus qoşunları çox yaxınlaşıblar” – Həlledici döyüş başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rus işğalçıları Donbasdakı bütün qüvvələrini Luqansk vilayətində toplayıblar. İşğalçılar bölgəni kütləvi şəkildə atəşə tuturlar. Qarşıdakı həftə region üçün həlledici olacaq”.

Bunu Luqansk regional administrasiyasının rəhbəri Sergey Qayday deyib.

Onun sözlərinə görə, Luqansk vilayətində çoxlu sayda rus qüvvəsi döyüşür, amma onların şəxsi heyətinin sayı sonsuz deyil.

“Qüvvələri tükənir.Onlar gülləkeçirməz deyillər. Fərq yalnız budur ki, sayları çoxdur. Döyüşçülərimiz sadəcə ondan şoka düşüblər ki, həşarat kimi bütün çatlardan çıxırlar. Amma məncə, gələn həftə həlledici olacaq”, – Qayday bildirib.

O qeyd edib ki, Severodonetskin ətrafında ağır döyüşlər gedir, ona görə də vəziyyət çox çətindir:

“Şəhərə hava bombaları atılır, “Tornado”lardan atəşə tutulur, artilleriyadan atəş açılır.

Rusiya qoşunları artıq çox yaxınlaşıblar, ona görə də minaatanlardan atəşə tuta bilirlər. Şəhər gecə-gündüz dağıdılır, vəziyyət çox ağırdır. Dünən döyüşlər artıq şəhərin kənarında gedirdi”.

Qayday deyib ki, Vladimir Putin Luqansk vilayətini işğal etmək üçün bütün vasitələrdən istifadəni əmr edib, bu səbəbdən də Rusiya Mariupol, Xarkov və Donetsk vilayətindən qoşun yeridir.

Teleqraf.com