Rus qoşunları hücuma hazır vəziyyətə gətirildi – Kiyevdən ŞƏRHbackend

Rus qoşunları hücuma hazır vəziyyətə gətirildi – Kiyevdən ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ Ukraynanı dəstəkləsə də, əsgərlərini göndərə bilmir. Lakin hazırda Ukraynada ABŞ-ın hərbi təlimatçıları var. Bizdə hava hücumundan müdafiə sistemi və ağır artileriya yaxşı səviyyədədir”.

Bunu Milli.Az-a açıqlamasında Ukrayna Siyasi Elmlər Akademiyasının üzvü, professor Petro Mironenko deyib.

Ukraynalı siyasi şərhçi bildirib ki, rus qoşunlarının təxminən yarısı sərhəd yaxınlığında hücuma keçmək üçün hazır vəziyyətə gətirilib:

“Düşünürəm ki, müharibə olmayacaq, ancaq Kremlin kəskinləşən mövqeyi özünə ziyan edəcək. Rusiya tərəfində uzun müddət davamlı olaraq müharibə gərginliyi hökm sürəcək.

Rusiyanın artıq Donbas sakinlərinin təxliyəsinə başladığı barədə məlumatlar da bunun təsdiqidir. Ukraynanın işğalı üçün Rusiya ordusunu Ukrayna ilə sərhəddə cəmləyib, amma onlara bir qarış da verilməyəcək.

Son məlumatlara görə rus qoşunlarının təxminən yarısı Ukrayna ilə sərhəd yaxınlığında hücuma keçmək üçün hazır vəziyyətə gətirilib. Bütün bunlar təbii ki, Ukraynanı təxribata çəkmək üçün Rusiya tərəfindən qurulmuş oyundur.

Rusiya özünü məhv etməyə doğru addım atdı və sivil dünya üçün bu, xeyirli oldu. Rusiyada ordu mentaliteti deyilən bir şey yoxdur, görünür yenidən işlənilib hazırlamalı olacaqlar”.