Rus qoşunları Kiyevin 25 kilometrliyində gözləyirbackend

Rus qoşunları Kiyevin 25 kilometrliyində gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pentaqonun məlumatına görə, Rusiya hərbçilərinin böyük karvanı Kiyevdən 25 kilometrlik bir məsafədə qərarlaşıb.

Editor.az xəbər verir ki,bu barədə ZN.UA məlumat yayıb. Məlumatda qeyd olunur ki, hazırda kolon Kiyevə doğru hərəkət etmir. Söhbət bir neçə on kilometr uzunluğunda olan texnika karvanından gedir. Ukrayna hərbi bölmələrinin hücumları və körpülərdən birinin partladılması onları ləngidib. Ölkənin şimalında Çerniqov və Xarkov yaxınlığında da rus qoşunları müşahidə olunur, lakin onlar cənub istiqamətində irəliləməyə çalışırlar. Mariupol Ukraynanın nəzarətində qalır və Odessaya hər hansı bir hücum əlamətləri hələ ki müşahidə edilməyib.

//Gülnarə Abasova, Editor.az