Xersonda rus qoşunları “Xerson Xalq Respublikası”nı elan etməyi planlaşdırır.
Editor.az xəbər veir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.
Qeyd olunur ki, martın 4-də Xerson Azadlıq meydanında rus işğalçıları Rusiya Federasiyasının bayraqlarını dalğalandıracaq və Xersonun Xerson Xalq Respublikası olduğunu elan edəcəklər.
Bunun üçün şəhərə 2 iri avtobus, 20 minik avtomobili, 2 mikroavtobus və 7 “QAZelle” gətirilir.
Mərkəz Xerson sakinlərini bu mitinqdə iştirak etməməyə və manipulyasiyalara uymamağa çağırıb.
//Gülnarə Abasova, Editor.az

