Rus raketləri Çinə tuşlandı – Kremllə imzalanan hərbi anlaşma pozuldubackend

Rus raketləri Çinə tuşlandı – Kremllə imzalanan hərbi anlaşma pozuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Moskva Dehli ilə keçmiş illərdə imzaladığı saziş üzrə Hindistana “S-400” raketlərini çatdırıb. Bir müddət əvvəl Rusiyadan eyni raketləri alan Türkiyə kimi Hindistan üçün də hava sahəsini qorumaq vacibdir”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Hindistana əsas təhlükə Çindəndir, iki ölkənin sərhədlərindəki gərginliyin azalmaması da bundan xəbər verir:

“Dehli “S-400” raketlərini Hindistanın hansı hissəsində yerləşdirəcəyinə dair rəsmi məlumat yaymayıb. Ancaq hind mətbuatı həmin raket kompleksinin Çinlə sərhədin Himalay dağları hissəsində yerləşdirəcəyinə dair xəbər yayırlar. Raketlərin sərhəddəki Pəncab ştatında yerləşdirəcəyi ehtimalı da var.

ABŞ Hindistanın Rusiyadan “S-400” raketlərini almasının əleyhinə idi. Prezident Co Bayden Hindistan Baş naziri Narendra Modiyə bu haqda fikirlərini açıq bildirmişdi. Bundan sonra Dövlət Departamenti və Pentaqon da hindli həmkarlarını xəbərdar etmişdilər.

Əslində Dehli “S-400”-lər xaricində Rusiyadan digər hərbi texnikalarına marağı azalıb. Halbuki Hindistan keçmiş illərdə SSRİ və Rusiyadan hərbi texnika alan əsas ölkələrin başında idi. Məsələn, Dehli Moskva ilə 10 il əvvəl imzaladığı sazişə baxmayaraq, Rusiyadan 80 hərbi helikopterin alışından imtina edib. Hindistan son illərdə hərbi texnika alışında Qərb texnologiyalarına üstünlük verir. Rusiyanın hərbi texnikasının Ukraynadakı durumu Hindistan və bənzəri ölkələri Kremllə hərbi sahədə əməkdaşlığa marağını daha da azaldır”.

Elxan Şahinoğlu ona da diqqət çəkib ki, Dehli Ukraynadakı işğalçı müharibəyə görə Rusiyanı tənqid etmir, BMT-də onun əleyhinə səs vermir:

“Dehli Rusiya ilə Qərb arasında balanslı siyasətə üstünlük verir. Buna baxmayaraq, Dehli Çinin bölgədə artan hərbi gücü qarşılığında ABŞ-la əməkdaşlığı genişləndirir. Moskvanın Pekinlə Dehlini barışdırmaq səyləri nəticə vermədi. Bu baş versəydi, Dehlinin ABŞ-la yaxınlaşmasına ehtiyac qalmazdı. Ancaq Pekinin aqressiv siyasəti Moskvaya Çinlə Hindistanla barışdırmağa imkan vermir”.

Teleqraf.com