Rus səfirin bu paylaşımı iranlıları qəzəbləndirdi – FOTObackend

Rus səfirin bu paylaşımı iranlıları qəzəbləndirdi – FOTO 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

  Rusiyanın İrandakı səfirliyinin Tvitter hesabında paylaşdığı post İran vətəndaşları tərəfindən hiddətlə qarşılanıb.

Səfirlik üzərində “Z” hərfləri yazılmış avtomobillər və İran bayrağının fotolarını paylaşaraq, iranlıların “Z” işarəsi ilə Rusiya ordusuna dəstək fləşmobu keçirdiyini iddia edib.

Postun altında iranlılar tərəfindən yazılmış üç mindən çox şərhdə səfirliyin iddiası təkzib olunub. İran vətəndaşları əksər şərhlərdə Rusiya əleyhinə sərt fikirlər səsləndirib və Ukraynaya dəstək ifadə ediblər.

Axar.az