Rus separatizmi Qazaxstanda da baş qaldırmaq istəyir: Kasım-Jomart Tokayev sərt reaksiya verdibackend

Rus separatizmi Qazaxstanda da baş qaldırmaq istəyir: Kasım-Jomart Tokayev sərt reaksiya verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “xarici informasiya müharibələri”ni nəzərə alıb ölkədə separatizm cəhdlərinin qarşısını ciddi şəkildə alacağını bildirib. Tokayevin bu açıqlaması bir neçə rus təbliğatçısının Qazaxıstanın şimalını “tarixi rus torpaqları” adlandırdığı bir vaxtda gəlib.

Editor.az xəbər verir ki, Tokayev rusların adını çəkmədən bəyan edib ki, “dövlət millətlərarası, dil və sosial zəmində baş verə biləcək bütün təxribatların qarşısını qanun çərçivəsində ciddi şəkildə alacaq. Eyni zamanda, ölkəmizin hər bir vətəndaşı öz sözünə və əməlinə görə məsuliyyəti dərk etməlidir.

Emosiyalara boyun əyməməliyik”, “düşmənçilik və nifrət gündəminə gətirilməlidir. Kimlərinsə informasiya müharibələri və ideoloji mübahisələrinin bizə aidiyyatı yoxdur”. Tokayevin qeyd edib ki, “xüsusi informasiya-psixoloji əməliyyat”ın müəlliflərin – “xaricdən idarə olunaraq cəmiyyətə nifaq toxumu səpməyə çalışan adamların Qazaxıstanla heç bir əlaqəsi yoxdur. Biz radikalizm, ekstremizm və separatizmin istənilən təzahürlərinə müqavimət göstərməli, incə və eyni zamanda sərt, nəticədə ədalətli olmalıyıq”.

  //Samir Qurbanov,Editor.az