Rus sülhməramlıları Kəlbəcərin Xudavəng monastırında – yeni görüntülər – VİDEObackend

Rus sülhməramlıları Kəlbəcərin Xudavəng monastırında – yeni görüntülər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Musavat.com xəbər verir ki, Dağlıq Qarabağa yerləşdirilən Rusiya sülhməramlı əsgərləri Kəlbəcər rayonunun Bağlıpəyə kəndi ərazisində yerləşən Xudavəng – Dadivəng monastırında növbə çəkirlər. Bu barədə “Azadlıq” radiosunun Ermənistan bürosu görüntülər yayıb.

Məlum olduğu kimi, Rusiya prezidenti V. Putin Azərbaycan prezidenti İlham Əliyevlə sonuncu telefon söhbətində Dağlıq Qarabağ ərazisində yerləşən xristian məbədləri ilə bağlı narahatlığını ifadə etmişdi. Prezident İlham Əliyev də öz növbəsində onu əmin etmişdi ki, Azərbaycan bu mədədləri hər zaman olduğu kimi, həssaslıqla qoruyacaq. Bəzi erməni terrorçuları isə adlarını “smertnik” qoyaraq, Dadivəng monastırına girəcəklərini və burada ölənə qədər döyüşəcəklərini bəyan etmişdilər.

Görünür, Rusiya sülhməramlıları həmin məbəddə yaxın gələcəkdə silahlı döyüş olmasının qarşısını almaq məqsədi ilə oranı nəzarətə götürüblər. Bir neçə gün sonra bütün Kəlbəcər, o cümlədən də Dadivəng monastırı Azərbaycana təhvil veriləcək.

Məlumat üçün bildirək ki, Dadivəng – Xudavəng monastırı — Kəlbəcər rayonunun Bağlıpəyə kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsidir. Elmi mənbələrdə həm də Dadivəng və Xutavəng kimi qeyd edilir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınıb. Kəlbəcərin işğalı ilə həmin monastır erməni quldurlarının nəzarətinə keçib.

Bir neçə gün sonra bu abidə öz sahiblərinə – Azərbaycana qaytarılacaq.