Rus sülhməramlıları Qarabağdan 5 ildən tez müddətdə çıxarıla bilərmi?-AÇIQLAMAbackend

Rus sülhməramlıları Qarabağdan 5 ildən tez müddətdə çıxarıla bilərmi?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ildə Rusiya sülhməramlıları Qarabağda öz tapşırıqlarını yerinə yetirməyə davam edəcək.Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinin rəhbərliyi ilə keçirilən Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib. “Rusiya ordusu Qarabağda sülhün əsas təminatçısıdır və olmağa davam edəcək”,- deyə Şoyqu bildirib.

Şoyqunun açıqlamasını Editor.az-a şərh edən politoloq Azər Qasımov bildirib ki, 2023-cü ildə Rusiya sülhməramlılarının Qarabağda qalacağı  Şoyqu deməsə də məlumdur:

“Bunu xatırlatmağa ehtiyac yox idi. Hələ ki kimsə sülhməramlılarının  Qarabağdan 10 noyabr 2020-ci il müqaviləsi başa çatana 6 ay qalmışa kimsə çıxarılmasını tələb etmir. Şərtlərə əsasən sülhməramlılar 2025-ci ilin noyabrın 10-na kimi Qarabağda qalmağa davam edəcək. Amma Şoyqunun bundan söz açması ilə belə nəticəyə gəlmək olar ki, onlar da başa düşür ki, tərəflər bu missiyadan razı deyillər və ola bilsin  hansısa tərəf və ya hər iki tərəf bu missiyanın müddətdən tez başa çatdırılması barədə tələblər irəli sürür. Hesab edirəm ki, bu bəyanat daha çox erməni tərəfinin rus sülhməramlılarının beynəlxalq sülhməramlı qüvvələrlə əvəz etmək fikrinə görə verilib.Təbii ki, Azərbaycan tərəfinin də bu missiyadan razı qalmadığı faktlar çoxdur, eyni zamanda, müddət bitəndən sonra bu qüvvələrin ərazidən çıxarılması mütləq olacaq. Çünki Azərbaycan Qarabağ məsələsini müddətin sonuna kimi həll etmək fikrindədir. Bir 5il də gözləməyi düşünmür. Nə yolla olursa-olsun bu məsələ öz həllini yaxın aylar, uzağı bir ilə tapmalıdır ki, bundan sonra hansısa sülhməramlıya ehtiyac qalmasın”.

A. Qasımov qeyd edib ki, jadisələrin gedişində baş verən dəyişikliklər və Rusiyanın Ukraynadakı məğlubiyyəti rus sülhməramlılarının 5 ildən tez çıxarılması zərurətini aktuallaşdıra bilər: ” Hələlik belə bir zərurət yaranmayıb. Amma hər anın bir hökmü var. Hadisələrin inkişafı hər şeyi öz yerinə qoyacaq”.

//Gülnarə Abasova, Editor.az