Rus sülhməramlıları vaxtından əvvəl Qarabağı tərk edəcək?-AÇIQLAMAbackend

Rus sülhməramlıları vaxtından əvvəl Qarabağı tərk edəcək?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı politoloq Aleksey Malaşenkon “sülhməramlıların Qarabağdan çıxarılması mövzusu hər zamankından daha çox real görünür deyib.

Maraqlıdır, indiki halda vaxtından əvvəl sülhməramlıların Qarabağı tərk etməsi nə dərəcədə realdır?

Politoloq Azər Qasımov Editor.az-a bildirib ki, Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin stereotipləri qırdığı, olmaz dediyimiz həqiqətlərin mümkünləşdiyi bir şəraitdə rus siyasi dünyasında da bu qəbul edilir kimi görünür:

“Rusiya və Azərbaycan arasında strateji müttəfiqlik müqaviləsi imzalanıb. Dövlətlər arasında bütün sahələrdə əməkdaşlıq öhdəlikləri götürülüb və hər iki dövlət də bu əməkdaşlığa sadiq olduqlarını dəfələrlə vurğulayıblar. Belə bir durumda Rusiyanın hesab edirəm ki, Azərbaycandan hansısa səbəblə çəkinəcəyi, ehtiyat edəcəyi bir səbəb yoxdur ki, onunla ikili oyunlar oynasın. Sülhməramlı adı altında Rusiya ordusu Qarabağa yerləşməsi Azərbaycan və Ermənistan arasında olan münaqişəyə görə baş tutub.
Son proseslər onu göstərir ki, iki ölkə arasında olan problemlər həll olunmaq üzrədir. Bunun necə edilməsindən asılı olmayaraq proseslər sona doğru gedir. Bu durumda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması mümkün görünən addımdır, çünki Azərbaycan onun vətəndaşlığını qəbul edəcək erməni vətəndaşlarına hər bir şəraiti yaradacağı şübhəsizdir. Rusiya belə bir hərəkət etməklə bütün dünyada olan işğalçı imicindən qismən qurtula bilər. Bu, Rusiyanın etmədiyi iş deyil. İlin əvvəlində Qazaxıstanda baş verən iğtişaşlar zamanı Rus ordusunun KTMT adı altında ora ordu yeritməsi bir çoxlarında işğal etmək görüntüsü yaratsa da Rusiya ordusu qısa zamanda Qazaxıstandan çıxarmaqla hamını təəccübləndirmişdi”.

//Gülnarə Abasova, Editor.az