Rus sülhməramlılarının Qarabağda anlaşılmaz fəaliyyəti: Ermənilərə silah necə ötürülür…backend

Rus sülhməramlılarının Qarabağda anlaşılmaz fəaliyyəti: Ermənilərə silah necə ötürülür…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üçtərəfli sazişin şərtlərinə uyğun olaraq 10 noyabrdan etibarən Dağlıq Qarabağda rus sülhməramlıları fəaliyyət göstərir. Nəticədə separatçıları Ermənistanla birləşdirən Laçın dəhlizi birbaşa onların nəzarəti altındadır. Son günlər Ermənistanın atəşkəsi pozması, xüsusilə Şuşanın atəşə tutulması bu baxımdan çoxsaylı suallar doğurur. Çünki qondarma rejimin nümayəndələrinin silahla təchiz edilməsində sülhməramlıların barmağı olduğu iddia edilir.   

Maraqlıdır, separatçılar silahı haradan alır?

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən ehtiyatda olan mayor Ədalət Verdiyevdiqqətə çatdırıb ki, rusların müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində erməni silahlılarının müdafiə sənayesi istiqamətində heç bir potensialı yoxdur:

“Erməni silahlıları bu ərazilərdə silah-sursat istehsal edə bilməz. Yəni bu sursatların oraya daşınması istənilən halda Laçın dəhlizi vasitəsilə həyata keçirilir. Bunu mülki əhalinin və ya erməni din xadimlərinin daşımasının Azərbaycan üçün elə də böyük əhəmiyyəti yoxdur. Bizim üçün məsələ bu silahların niyə Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdən daşınmasından ibarət olmalıdır”.

Hərbi ekspert bu kimi fəaliyyətlərə Azərbaycanın göz yummayacağını vurğulayıb:

“Belə hallara qarşı dövlətlərarası hansısa məsləhətləşmələrin həyata keçirildiyini düşünürəm. Amma səkkiz ay keçməsinə baxmayaraq, həmin o silahlıların hələ də Qarabağda qalması Rusiya sülhməramlılarının fəaliyyətini şübhə altında qoyur. Niyə bu silahlılar hələ də Qarabağdadır? Əgər Rusiya sülhməramlıları birgə bəyanatın dördüncü bəndini zamanında, yəni səkkiz ay əvvəl ərazimizə daxil olarkən yerinə yetirsəydilər, bu gün atəşkəsin pozulmasını, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun yaralanmasını müşahidə etməzdik.  Ona görə də deyə bilərik ki, baş verən proseslər Rusiya sülhməramlılarının öz funksional vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətsiz yanaşmalarının nəticəsidir”.

 

Rus sülhməramlılarının Qarabağda anlaşılmaz fəaliyyəti:  Ermənilərə silah necə ötürülür...