Rus turistlərin girişini qadağan edən Rusiyadan Norveçə xəbərdarlıqbackend

Rus turistlərin girişini qadağan edən Rusiyadan Norveçə xəbərdarlıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Norveçin rusiyalı turistlərə əlavə giriş məhdudiyyəti tətbiq etmək qərarının iki ölkə arasındakı münasibətləri tamamilə pozmaq məqsədi daşıdığını və bu düşmən addımına cavab veriləcəyini bildirib.

Editor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bugünkü mətbuat konfransında deyib.

O Norveç hökumətinin ölkəyə “prioritet olmayan” məqsədlərlə, xüsusən də turizm məqsədi ilə gələn Rusiya vətəndaşlarının ölkəyə buraxılmayacağına dair qərarı ilə bağlı bu cür dəyərləndirmə edib: Oslonun Rusiya vətəndaşlarına qarşı yeni düşmən addımı açıq-aydın təkcə bizim ölkə vətəndaşlarına qarşı ayrı-seçkilik deyil. Bu addım Rusiya və Norveç xalqları arasındakı əlaqələri tamamilə məhv etmək məqsədi daşıyır. Əlbəttə, öz maraqlarımıza uyğun cavab tədbirləri hazırlayıb həyata keçirəcəyik”.

//Gülnarə Abasova, Editor.az