Rus və çinli əbədi qardaşdır – Vladimir Putinbackend

Rus və çinli əbədi qardaşdır – Vladimir Putin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya lideri Vladimir Putin Rusiya ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 75 illiyi şərəfinə təşkil olunan konsertdə rus və çinlinin qardaşlığından danışıb.

Dövlət başçısı Rusiya ilə Çin arasındakı münasibətləri XX əsrin 40-cı illərində məşhurlaşan mahnıdan “Rus və çinli əbədi qardaşdır” ifadəsi ilə xarakterizə edib.

O, Rusiya ilə Çin arasında tərəfdaşlığın qardaşlıq ruhunda möhkəmlənəcəyinə əminliyini bildirib. Salondakılar Rusiya prezidentinin sözlərini alqışlarla qarşılayıblar.

//Samir Qurbanov, Editor.az