Rus xalqının münaqişəyə REAKSİYASIbackend

Rus xalqının münaqişəyə REAKSİYASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusunun Ukrayna ərazisinə hücumundan sonra ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Rusiyada ciddi şəkildə hiss olunmağa başlayıb. Bəs, Rusiyada insanlar baş verənləri necə hiss edir və düşünürlər? Putini dəstəklədiyini deyənlər də var, lakin onların əksəriyyəti vəziyyətdən narahatdır və ölkəni tərk etmək istəyir.

Editor.az-ın Türkiyənin Milliyyət qəzetinə istinadən verdiyi məlumata görə Rusiyanın Ukrayna ərazisinə hücumu davam edir. Qərb dünyasının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Rusiyada gündəlik həyatda özünü hiss etdirməyə başladı. Xüsusilə Rusiya bazarları bundan ciddi şəkildə təsirlənsə də, alınan bütün sanksiya qərarları, xüsusilə də bir çox ölkənin hava sahəsini rus təyyarələri üçün bağlaması gündəlik həyata daha da təsir etməyə davam edəcək. Bəs, Rusiya xalqı və Rusiyada yaşayan əcnəbi vətəndaşlar baş verənlərlə bağlı nə düşünürlər?

Sankt-Peterburq Dövlət Universitetində beynəlxalq münasibətlər üzrə magistratura pilləsində təhsil alan Vladislav Romanov adlı Rusiya vətəndaşı bildirib ki, Rusiya Ukrayna ərazisinə hücumu dəstəkləyir.

Vladislav Romanov Son vaxtlar özümü xoşbəxt hiss etdiyini bildirib. Mən və bütün ailəm bu əməliyyatı dəstəkləyirik. Ukrayna dövləti 2014-cü ildən öz ərazisində yaşayan Rusiya vətəndaşlarını qətlə yetirir. Onlar Donetsk və Luqansk şəhərlərində dinc sakinləri bombalayır, məktəblərdə və mediada rus dilindən istifadəni qadağan etməyə çalışırlar. Romanov Krıma gedən suyun da ukraynalılar tərəfindən kəsildiyini qeyd edib.

İqtisadi sanksiyaların həyatına təsir edəcəyini düşünən Romanov qeyd edib ki, təbii ki, sanksiyalar mənim də həyatıma təsir edəcək, lakin bütün dünya bu sanksiyaları tətbiq etmir. Yalnız liberal Qərb demokratları sanksiyalar tətbiq edir. Çin bu sanksiyaların yaratdığı boşluğu doldurmaqdan üçün fürsətdən maksimum istifadə edəcək. Amma düzünü desəm Rusiya rublunun hazırkı vəziyyəti məni narahat edir. Dövlət məzənnəyə nəzarət etməli və rublun möhkəmlənməsi üçün addımlar atmalıdır deyə Romanov qeyd edib. Romanov qardaşının və altı dostunun əməliyyatlarda iştirak etdiyini də qeyd edib. Onun ən böyük arzusu əməliyyatların qısa zaman ərzində bitməsi və yaxınlarının sağ-salamat geri qayıtmasını istəməsidir.

Adını qeyd etmək istəməyən bir rus vətəndaşı isə əməliyyatlardan narahatlığını ifadə edib. O qeyd edib ki, başladılan əməliyyatlar rusiyanın beynəlxalq imicinə zərbə vurmaqla yanaşı iqtisadiyyatını da çökdürəcək. Üstəlik gələcək də NATO qüvvələrinin də əməliyyatlara qoşulması vəziyyəti Rusiya üçün bir qədər də gərginləşdirə bilər.

Serbiyalı və adının təhlükəsizlik məqdəsi ilə açıqlanmadığı Rusiyada magistr təhsili alan tələbə isə artıq sanksiyaların rus iqtisadiyatında özünü göstərdiyini bildirir. Məqsədim Rusiyanı və mədəni mühitindəki insanları dünyaya tanıtmaq idi. Burada hər kəs müharibə tərəfdarı deyil. Yaxşılar və müharibənin əleyhinə olanlar da var . Ancaq onu qərblə-şərqin arasında baş verən toqquşmalarda Ukrayna kimi dövlətlər hər zaman çətinlik çəkir. Tək narahatlığım isə münqaişəyə görə təhsilimi başa vura bilməmək ehtimalı və sərhədlərin xüsus ilə də hava məkanlarının bağlı olması nədəniylə ölkəmə gedib çıxa bilməməyimdir.

//Editor.az