“Bəzi valideynlər hesab edir ki,  övladları rus sektorunda təhsil alsa, daha dünyagörüşlü olacaq”- Ekspertdən ŞƏRHbackend

“Bəzi valideynlər hesab edir ki,  övladları rus sektorunda təhsil alsa, daha dünyagörüşlü olacaq”- Ekspertdən ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çox təəsüf ki, bəzi valideynlər rus dilində təhsili yanlış anlayır. Sanki övladları rus dilində təhsil alsa, daha tərbiyəli,daha savadlı və dünyagörüşü çox fərqli olacaq. Əslində isə bu, belə deyil”.

Bu sözləri Editor.az-  açıqlamasında  təhsil  üzrə  ekspert  Adil  Vəliyev deyib.

O, bildirib ki, hərşey evdəki münasibətdən, ailənin verdiyi tərbiyədən asılıdır:

“Rus bölməsinə də,ingilis bölməsinə də ehtiyac var və bu sistem özəl məktəblərin bir çoxunda tətbiq olunur.Ancaq unutmaq lazım deyil ki, ana dilimizi əsas tutulmalı və digər dillər sadəcə dil biliklərini artırmaq üçün lazımlı olmalıdır. Ancaq bir nüansı da nəzərə almaq lazımdır ki, istənilən mövzuda daha geniş məlumat əldə etmək istəsək bunu,ya rus dilində, ya da ingilis dilində əldə edə bilirik.Diqqət etsək görərik ki, bu problem müəllimlərimizdə də müəyyən qədər özünü biruzə verir. Məhz bu kimi səbəblərdən valideynlər övladlarının rus bölməsində təhsil almasını istəyirlər. Qardaş ölkə Türkiyəyə nəzər salsaq, onların dil zənginliyinin şahidi olarıq. Bu zənginliyi qoruyub saxlayan türk xalqı olub. Xaricdə təhsil alsalar belə ehtiyac olmadığı müddətdə xarici dildə danışmırlar.Xüsusilə qeyd etmək istəyirəm ki, burğaca atvyorka dediyimiz , öz dilimizə lağ etdiyimiz müddətdə və lazım olan məlumatları, ehtiyac olan tələbləri ana dilimizdə tapmadığımız halda bu problem davam edəcək”.

//Gülnarə Abasova, Editor.az