Ukraynanın İvano-Frankovsk şəhərinin hakimiyyəti rus dilində mahnıların ifasını qadağan edib. Editor.az-ın məlumatına görə, bu barədə mer Ruslan Martsinkiv sosial şəbəkələrdə məlumat verib.
Onun sözlərinə görə, bundan sonra rus dilində kütləvi ifaçılıq “nifrət və ayrı-seçkiliyə sövq edən” hərəkətlərlə eyniləşdiriləcək. Martsinkiv bu qərarı yerli musiqiçilərdən birinin rus mahnısını ifa etdiyinə görə döyülməsi ilə əsaslandırıb.
Editor.az

