Rusiya: “10 Ukrayna PUA-sı Krım üzərində vurulub”backend

Rusiya: “10 Ukrayna PUA-sı Krım üzərində vurulub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyi Krım üzərində Ukraynaya məxsus 10 pilotsuz təyyarənin vurulduğunu və onlardan üçünün hücumunun qarşısı alındığını açıqlayıb.

Editor.az bildirir ki, nazirlikdən verilən açıqlamada Ukraynanın pilotsuz təyyarələrinin cümə günü səhər saatlarında Rusiyanın əsas ixrac mərkəzlərindən biri olan Qara dənizdəki Novorossiysk limanı yaxınlığındakı Rusiya hərbi dəniz bazasına hücum etdiyi və Rusiya hərbi gəmiləri tərəfindən məhv edildiyi vurğulanıb.

Rusiyanın RİA agentliyi xəbər verir ki, Novorossiysk fövqəladə hallar xidməti partlayışla bağlı xəbərləri təsdiqləyib və təhlükəsizlik xidmətlərinə məlumat verilib.
Onu da qeyd edək ki, ötən ay Rusiya Ukrayna limanlarından təhlükəsiz taxıl ixracına icazə verən sazişi uzatmaqdan imtina etdikdən sonra Qara dəniz və qonşu limanlarda münaqişələr artıb.

//Safura Bənnayeva, Editor.az