Rusiya 14 bolqarıstanlı diplomatı ölkədən çıxarırbackend

Rusiya 14 bolqarıstanlı diplomatı ölkədən çıxarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyi 14 bolqar diplomatı “persona non-qrata” elan edib.

Bu barədə nazirliyin yaydığı məlumatda bildirilir.

“Avqustun 5-də Bolqarıstanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib. Ona Bolqarıstanın Rusiyadakı diplomatik nümayəndəlik və konsulluq idarələrinin 14 əməkdaşının “persona non-qrata” elan edilməsini bəyan edən nota təqdim olunub”, – deyə məlumatda qeyd edilir.

Qeyd olunduğu kimi, bu tədbir Bolqarıstan tərəfindən Rusiya diplomatik missiyasının 70 əməkdaşının arzuolunmaz şəxs elan edilməsi, Rusiyanın Bolqarıstanda diplomatik və inzibati-texniki işçilərinin sayına kvotaların tətbiqi, habelə Rusiya Federasiyasının Ruse şəhərindəki Baş Konsulluğunun bağlanması ilə bağlı qərarlarına cavab idi.

Oxu.az