Rusiya 2024-ci ildə ABŞ-da keçiriləcək seçkilərə müdaxilə etməyə çalışacaq – Hillari Klintonbackend

Rusiya 2024-ci ildə ABŞ-da keçiriləcək seçkilərə müdaxilə etməyə çalışacaq – Hillari Klinton

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti 2024-cü ildə Amerika Birləşmiş Ştatlarında keçiriləcək seçkilərə müdaxilə etməyə çalışacaq.

Editor.az bildirir ki, bu fikri sabiq dövlət katibi Hillari Klinton deyib. “Qorxuram ki, ruslar müdaxilə etməkdə kifayət qədər bacarıqlı olublar və əgər onlar fürsət taparsa, bunu yenidən edəcəklər”, – Klinton bildirib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Rusiyanın milli seçkilərə müdaxiləsi barədə kifayət qədər danışmır və Putinin “ölkəmizdə çoxlu üzrxahları və pərəstişkarları var”. O, əlavə edib ki, bəzi amerikalılar Putinin “təhlükəsini” görmür, bəziləri isə bəzi məsələlərdə, xüsusən də Ukraynanın işğalı ilə bağlı onunla razılaşır. Klinton ABŞ-da faşizm və avtoritarizmin arta biləcəyi barədə xəbərdarlıq edib və seçiciləri bu cür düşüncələri “rədd etməyə” çağırıb.

“Problemin bir hissəsi də Amerika ictimaiyyətinə başa salmağa davam etməkdir ki, siz Putinin necə bir lider olduğunu bilirsiniz: müxalifətini sözün əsl mənasında öldürən, jurnalistləri öldürən, onunla razılaşmayan insanları zəhərləyən, başqa ölkələri işğal edən, müdaxilə edən bu avtoritar diktator”. Biz avtoritarizmi rədd etməliyik. Biz öz düşüncələrini, səslərini arzuolunmaz diktatorlara təhvil verməyə həqiqətən hazır olan insanların az qala sürünən faşizmini rədd etməliyik və buna imkan verə bilmərik”, – sabiq dövlət katibi vurğulayıb.

//Samir Qurbanov, Editor.az