Rusiya 2024-cü ildə Xarkov və Kiyevi tutmağa bir daha cəhd edəcək – “Financial Times”backend

Rusiya 2024-cü ildə Xarkov və Kiyevi tutmağa bir daha cəhd edəcək – “Financial Times

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası yayda Ukraynaya qarşı müharibədə genişmiqyaslı hücum planlaşdıra bilər.

Editor.az bildirir ki, bu barədə yanvarın 19-da Ukraynanın anonim təhlükəsizlik rəsmilərinə istinadən “Financial Times” yazıb. Qeyd olunur ki, işğalçıların məqsədi Ukraynanın 4 vilayətinin – Donetsk, Luqansk, Xerson və Zaporojye ərazilərini ələ keçirmək olacaq.

Bundan əlavə, rəsmilərin fikrincə, Xarkov və ya hətta Kiyevi ələ keçirmək cəhdini də istisna etmək olmaz, – FT vurğulayıb. Yanvarın 16-da Rusiya prezidenti Vladimir Putin Ukraynanın qanunsuz işğal olunmuş ərazilərini Rusiya Federasiyasının “fəth edilmiş torpaqları” adlandırıb. Media qeyd edib ki, Putin ilk dəfə olaraq Ukraynadakı müharibə kontekstində adi “azad et” deyil, “qalib gəl” sözünü işlədib.

FT-nin 2023-cü ilin dekabrında gördüyü gizliləşdirilmiş ABŞ kəşfiyyatı qiymətləndirməsində də qeyd olunub ki, Putinin Ukraynadakı son məqsədi – ölkəni fəth etmək dəyişməz olaraq qalır. Bu, Rusiya Federasiyasının Ukraynanın şərqində bir neçə istiqamətdə, xüsusən Avdeevka ətrafında, eləcə də şimal-şərqdə – Liman və Kupyansk istiqamətində hücum əməliyyatlarını nəyə görə davam etdirdiyini izah edir.

Amerika kəşfiyyatı hesab edir ki, Ukraynadakı müharibənin dalana dirənməsi Moskva üçün faydalı ola bilər. Xüsusilə, Putin ümid edir ki, bu, Qərbin Ukraynaya dəstəyini zəiflədəcək və son nəticədə Kremlə üstünlük gətirəcək.

//Samir Qurbanov, Editor.az