Rusiya Amerika “F-35” qırıcılarının Böyük Britaniyaya mümkün təhvil verilməsini artan hərbi təzyiq və Rusiya Federasiyasını cilovlamaq siyasətinin bir hissəsi hesab edir.
Editor.az bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib. Onun sözlərinə görə, bununla bağlı hərbi planlaşdırma çərçivəsində Rusiya tərəfi yeni tədbirlər görməyə hazırdır.
“Bu, hərbi planlaşdırma, qoşun hazırlığı və s. əməliyyat planlarında, o cümlədən hər şeydə nəzərə alınacaq ki, bu da dəyişən şəraiti, o cümlədən hərbi vəziyyət və yerləşdirməni nəzərə almalıdır”, – deyə Qruşko bildirib.
//Samir Qurbanov, Editor.az

