Rusiya: “ABŞ-dan silahlara nəzarətlə bağlı təklif almışıq”backend

Rusiya: “ABŞ-dan silahlara nəzarətlə bağlı təklif almışıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər nazirinin müavini Ryabkov Moskvanın qitələrarası nüvə ballistik raket imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyan ABŞ ilə yeni strateji silahların azaldılması müqaviləsi ilə bağlı Vaşinqtondan yeni təklif aldığını açıqlayıb.

Editor.az-ın məlumatına görə, Sergey Ryabkov jurnalistlərə deyib ki, Rusiya ABŞ-dan strateji sabitlik və silahlara nəzarətlə bağlı dialoqun yenidən başlaması ilə bağlı təkliflər hazırda Moskva tərəfindən araşdırılır:

Yeni təklifi dəyərləndirən Rusiya Xarici İşlər Nazirinin müavini sənəddə yeni elementlərin olmadığını vurğulayıb.

Keçən ilin avqustunda Rusiya ABŞ-la arasında imzalanan Yeni Strateji Silahların Azaldılması Müqaviləsi (Yeni START) çərçivəsindəki elementləri yoxlama üçün müvəqqəti bağladığını açıqlamışdı. Bu ilin fevral ayında Rusiya Prezidenti Putin Federal Məclisdə təxminən 2 saat davam edən və parlament və kabinet üzvləri ilə yanaşı yüksək səviyyəli bürokratların da iştirak etdiyi çıxışında bildirmişdi ki, Strateji Silahların Azaldılmasına dair Yeni Müqavilə (START) ilə imzalanmışdır.

//Gülnarə Abasova, Editor.az