RF Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Rusiya silahları ABŞ-ı özlərinə düşmən hesab edən bütün ölkələrə göndəriləcək.
Eyni zamanda o, Rusiyadan silah alan konkret ölkələrin adlarının bilərəkdən çəkilmədiyini vurğulayıb: “Qoy ABŞ və onun müttəfiqləri Rusiya silahlarının üçüncü tərəflər tərəfindən birbaşa istifadəsini indi hiss etsinlər. Bu şəxslərin və ya regionların adları bilərəkdən çəkilmir”, – Dmitri Medvedev Telegram-da yazıb.
Bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin beynəlxalq xəbər agentliklərinin nümayəndələri ilə görüşdə Ukraynaya yardım edənləri vurmaq üçün silah tədarük edəcəyi ilə hədələmişdi.
//Samir Qurbanov, Editor.az

