Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov ABŞ və Böyük Britaniya, Almaniya və Fransanın daxil olduğu Avrotroyka ölkələrini Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qayıtmağa çağırıb.
“Biz ABŞ və Avropa üçlüyünü İran və MAQATE arasında qarşılıqlı əlaqəni pozmağa və ya müdaxilə etməyə çalışmaq əvəzinə, enerjilərini JCPOA-nın bərpasına yönəltməyə çağırırıq”, – Mixail Ulyanov deyib.
Onun sözlərinə görə, bu da öz növbəsində İran tərəfinin qarşılıqlı addımları üçün müsbət şərait yaradacaq.
//Samir Qurbanov, Editor.az

