Rusiya: ABŞ-ın Almaniyaya raket yerləşdirməsinə cavab olaraq nüvə raketlərini yerləşdirə bilərikbackend

Rusiya: ABŞ-ın Almaniyaya raket yerləşdirməsinə cavab olaraq nüvə raketlərini yerləşdirə bilərik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya ABŞ-ın Almaniyaya uzaqmənzilli raketlər yerləşdirməsinə cavab olaraq nüvə başlıqlı raketlər yerləşdirə bilər”.

Editor.az xəbər verir ki, bunu günkü mətbuat konfransında Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Digər tərəfdən Almaniya müdafiə naziri Boris Pistorius ölkə rəhbərliyinin ABŞ raketlərinin yerləşdiriləcəyi yerlərlə bağlı hələ qərar vermədiyini açıqlayıb.

Lüksemburqun “Tageblatt” qəzetinə açıqlama verən Pistorius, ABŞ-ın qanadlı və səsdən sürətli raketlərinin Almaniyada hara yerləşdiriləcəyi ilə bağlı hələlik heç bir qərar verilmədiyini deyib: “Hətta ABŞ-ın özü hələ də bu silahları Almaniyada yerləşdirmək üçün hazırlıq mərhələsindədir. Amma mən aydınlaşdırmaq istəyirəm ki, bunlar adi silah sistemləri olacaq”.

ABŞ Müdafiə Nazirliyi 2026-cı ildən etibarən Almaniyada SM-6, Tomahawk və hipersəs silahları da daxil olmaqla, uzun mənzilli hücum sistemlərini yerləşdirməyə başlayacaqlarını açıqlayıb. Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın Almaniyada uzaqmənzilli silahlar yerləşdirmək qərarının Rusiya və Qərbi soyuq müharibəyə doğru apardığını bildirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Almaniyanın ABŞ-ın uzaqmənzilli raketlərinə ev sahibliyi etmək qərarının Berlin üçün alçaldıcı olduğunu bildirib.

//Gülnarə Abasova, Editor.az