Rusiya ABŞ-ın Polşada yerləşən raketdən müdafiə bazasını vura bilərbackend

Rusiya ABŞ-ın Polşada yerləşən raketdən müdafiə bazasını vura bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Polşada yerləşən raketdən müdafiə bazası uzun müddətdir ki, potensial hücum zamanı Rusiya silahlı qüvvələrinin prioritet hədəfləri sırasındadır.

Editor.az bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. Vaşinqtonun digər addımları ilə yanaşı, xanım Zaxarova əlavə edib ki, raketdən müdafiə bazasının açılması nüvə təhlükəsinin ümumi səviyyəsini artırır.

“Qərbin bu cür hərbi qurğularından yaranan təhlükə səviyyəsinin xarakterini nəzərə alaraq, Polşadakı raketdən müdafiə bazası çoxdan potensial məhv üçün prioritet hədəflər siyahısına əlavə edilib və bu, lazım gələrsə, geniş spektrdə təmin edilə bilər”, – Mariya Zaxarova brifinqdə bildirib.
Qeyd edək ki, noyabrın 13-də Polşanın şimalındakı Redzikovo qəsəbəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin “Aegis Ashore” raketdən müdafiə sistemi ilə bazası rəsmi olaraq açılıb.

O, NATO və ABŞ-ın Avropadakı hərbi qüvvələrinin komandanlığına tabedir. Polşada raketdən müdafiə sisteminin yerləşdirilməsi ilə bağlı danışıqlar 2000-ci illərdə, tikintisinə isə 2016-cı ildə başlanılıb. Alyans bunu “transatlantik təhlükəsizlik və NATO-nun artan ballistik raket təhlükəsindən müdafiə qabiliyyəti üçün mühüm addım” adlandırıb.

//Samir Qurbanov, Editor.az