Rusiya: “ABŞ-ın Suriyadan qoşunlarını çıxarmaq niyyəti yoxdur”backend

Rusiya: “ABŞ-ın Suriyadan qoşunlarını çıxarmaq niyyəti yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ABŞ-ın Suriyadan qoşunlarını çıxarmaq niyyətini hələ də görmür.

Editor.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin Suriyanın həlli üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib. “Hələlik biz Amerika tərəfinin öz hərbi kontingentini geri çəkmək istəyi və ya niyyətini görmürük”, – Lavrentyev bildirib.

Suriyanın şərqindəki Əl-Ömər neft yatağında Amerika hərbi bazasına pilotsuz uçuş aparatları ilə hücum edildiyi daha əvvəl bildirilmişdi. Hərbi obyektin ərazisində çoxsaylı partlayışlar baş verib. Hücuma görə məsuliyyəti İraq İslami Müqaviməti öz üzərinə götürüb.

//Gülnarə Abasova, Editor.az