Rusiya ABŞ-la diplomatik münasibətləri kəsəcək, əgər…backend

Rusiya ABŞ-la diplomatik münasibətləri kəsəcək, əgər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın ABŞ-da terrorizmə sponsorluq edən ölkə kimi tanınması Vaşinqtonla münasibətlərin kəsilməsinə gətirib çıxaracaq.

Editor.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya-1”in efirində bildirib. “Biz bu barədə danışdıq və təkcə şifahi deyil, həm də bu şərhləri yazılı şəkildə yerləşdirdik və hətta ingilis dilinə tərcümə etdik. Hər şey dəfələrlə bəyan edilib”, – Mariya Zaxarova deyib.

Zaxarovanın sözlərinə görə, ABŞ Qərb ölkələrini Rusiyanı terrorizmin sponsoru kimi tanımağa məcbur edir. “Bu ideyanı həyata keçirmək üçün başqalarından istifadə edirlər (Rusiyanın terroru himayə edən ölkələr siyahısına daxil edilməsinin mümkünlüyü barədə). Əslində, Baltikyanı ölkələr bu mövzuda atrıq öz fikirlərini bildiriblər”. Qeyd edək ki, avqustun 11-də Latviya Seyminin deputatları Rusiyanı “terrorun dövlət himayədarı” elan ediblər. Bundan sonra latviyalı deputatlar Aİ ölkələrini ruslara vizaların verilməsini dərhal dayandırmağa çağırıblar.

  Editor.az