Amerikada həbsdə olan rusların maraqlarının müdafiəsi mütləq prioritet olaraq qalır.
Editor.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının ABŞ-dakı baş konsulu Nadejda Şumova məlumat verib.
“2008-ci ildən indiyədək biz vətəndaşlarımızın dünyanın müxtəlif yerlərindən ABŞ-a ekstradisiya edildiyi 62 hadisəni qeydə almışıq. Bizim əsas vəzifəmiz bütün rusların öz vətənlərinə qayıtmasını təmin etməkdir”, – konsul bildirib.
Şumova qeyd edib ki, onların çoxu Vaşinqtonun üçüncü ölkələrdə Rusiya vətəndaşları üçün “ov”unun qurbanı olub. Sonrakı məhbus mübadiləsi ilə bağlı aktiv müzakirələr Rusiya ilə Qərb ölkələri arasında bu yaxınlarda bağlanmış saziş fonunda gedir. Sözügedən məhbus mübadiləsi avqustun 1-də baş tutub.
//Gülnarə Abasova, Editor.az