“Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşdırılması üçün aparılan danışıqlar Ukrayna münaqişəsinin həllindən daha genişdir və bu normallaşma bütün dünyanın marağındadır”.
Editor.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Dmitri Polyanski deyib. Rusiya və ABŞ hələ də danışıqlar prosesinin başlanğıcındadır.
Bu prosesin çox vacib olduğunu qeyd edən rusiyalı diplomat sözlərini belə davam etdirib:
“Rusiya və ABŞ-ın normallaşma səyləri Ukrayna böhranının mümkün həlli ilə bağlı danışıqlarımızdan qat-qat böyükdür. Bu, şübhəsiz ki, iki ölkəni münasibətlərin normallaşmasına yaxınlaşdıra bilər ki, bu da təkcə Rusiya və ABŞ-ın deyil, bütün dünyanın marağında olardı. Düşünürəm ki, bu, danışdığımız tərəfdaşlar arasında üstünlük təşkil edən fikirdir”.
//Gülnarə Abasova, Editor.az