Rusiya: ABŞ Sevastopola raket hücumunda birbaşa iştirak edibbackend

Rusiya: ABŞ Sevastopola raket hücumunda birbaşa iştirak edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın BMT-dəki (BMT) daimi nümayəndəsi Vasili Nebenzya bəyan edib ki, ABŞ Sevastopoldakı terror aktında birbaşa iştirak edib və buna heç bir şübhə yoxdur.

Editor.az xəbər verir ki, o, Vaşinqton və müttəfiqlərinin Kiyev rejimini xalqa qarşı terror aktları törətməyə təşviq etdiyini vurğulayıb. Nebenzya Moskvanın Qərb mediasının bu faciəyə səssiz qalmasına təəccüblənmədiyini bildirib.

“Daha çox təəssüf doğuran odur ki, açıq-aşkar cinayətlərə və beynəlxalq hüququn pozulmasına qarşı durmalı olan BMT Katibliyindən heç bir ciddi cavab verilməməsidir. Bu, ikili standartların bariz nümunəsidir”, – deyə rusiyalı diplomat bildirib.

Bundan əvvəl BMT baş katibinin sözçünün müavini Fərhan Haq Ukrayna Silahlı Qüvvələrinin Sevastopolda törətdiyi terror aktını dəyərləndirərkən hərbi əməliyyatlarda mülki əhalinin itkilərinin qəbuledilməz olduğunu bildirsə də Kiyev rejiminin cinayətini pisləməyib.

//Gülnarə Abasova, Editor.az